Su çəni (tank) hansı hallarda dəyişilməlidir?
RO filtrdə su az gəlirsə, dad/qoxu dəyişibsə və ya çən dolmursa — səbəb çox vaxt çən olur. Əlamətlər və həll.
Su çəni (tank) əsasən RO (Reverse Osmosis) su filtrlərində olur və təmizlənmiş suyu saxlayır. Çən zəifləyəndə filtr “işləyir” kimi görünə bilər, amma istifadə zamanı su az gəlir və narahatlıq yaranır.
1) Su çox tez bitirsə
- Çən “dolu” görünür, amma 1–2 stəkan sonra su kəsilir
- Çən içindəki rezin kisə (bladder) və ya balans pozula bilər
2) Çən dolmur və ya çox gec dolur
- RO çəni normalda bir neçə saatda dolur
- Saatlarla dolmursa və ya heç dolmursa — çən hava təzyiqi zəif ola bilər
3) Suyun dadı və qoxusu dəyişibsə
Kartriclər yeni olsa belə sudan qoxu gəlirsə və ya dad dəyişibsə, çən iç səthi köhnəlib problem yarada bilər.
4) Kranı açanda su “pırt-pırt” gəlirsə
- Su axını kəsik-kəsikdir, sanki hava qarışır
- Çəndə hava/su balansı pozulub (çox vaxt çən zəifləyib)
5) Çən “dolu” olanda belə çox yüngüldürsə
- Dolu çən nəzərə çarpacaq qədər ağır olur
- Yüngüldürsə — su saxlamır və ya düzgün dolmur
6) İstifadə müddəti 3–5 ili keçibsə
Çənlərin ömrü çox vaxt 3–5 il olur (istifadə və su keyfiyyətindən asılı). Bu müddətdən sonra profilaktik dəyişmək su keyfiyyəti və rahatlıq üçün daha yaxşıdır.
Sonda
RO filtrdə su az gəlirsə və ya dad dəyişibsə, problem hər zaman kartric deyil. Su çəni (tank) də yoxlanmalıdır. Dəyişmə vaxtına əmin deyilsənsə, servis yoxlaması ilə dəqiqləşdirmək olur.
Filtrin modelini və problemi yazın: su az gəlir / çən dolmur / dad dəyişib.
