Ravent Cool

yalnız onlayn • Ravent Cool

Ravent Cool – 6 mərhələli ofis tipli su filtri

Ravent Cool – gündəlik təxminən 280 litrədək təmiz su verə bilən, 6 mərhələli nasoslu filtr sistemidir. 3.2 gallon metal su çəni sayəsində həm ev, həm də kiçik ofislər üçün sabit və dayanıqlı su ehtiyatı təmin edir.

Filtr mərhələləri

Filtrlər və dəyişmə intervalları

  • 1-ci mərhələ – Sediment filtiri
    3–6 ayda bir dəyişilir. Pas, qum, torpaq və iri çirkləri saxlayır.
  • 2-ci mərhələ – GAC karbon filtiri
    6 aya qədər xidmət edir. Xloru və pis qoxunu azaldır.
  • 3-cü mərhələ – Blok karbon filtiri
    6–12 ayda dəyişilir. Orqanik və kimyəvi çirklənməni azaldır.
  • 4-cü mərhələ – RO membran
    1.5–2 ildən bir dəyişir. Ağır metallar, duzlar, bakteriya və virusları sudan ayırır.
  • 5-ci mərhələ – Post-karbon
    Təxminən 12 ay istifadə olunur. Suyun dadını daha yumşaq və xoş edir.
  • 6-cı mərhələ – Mineral filtiri
    İldə bir dəfə yenilənir. Suyun mineral balansını bərpa edir.

Filtr dəyişmə intervalları suyun keyfiyyətindən və istifadə intensivliyindən asılı ola bilər.

İstifadə sahələri

Kiçik ofislər və ailə üçün

Ravent Cool həm ev, həm də gündəlik su istehlakı yüksək olan kiçik ofislər üçün nəzərdə tutulub. 3.2G metal su çəni və nasoslu sistemi sayəsində fasiləsiz təmiz su verir.

  • Gündəlik təxminən 280 L təmiz su istehsalı.
  • Mətbəx, ofis mətbəxi, kiçik iş yerləri üçün uyğundur.
  • Türkiyə istehsalı komponentlər, sabit və səssiz iş rejimi.
3.2G metal su çəni Ofis üçün rahat həll 6 mərhələli təmizləmə
Komplektasiya

Qutudan nə çıxır?

  • Ravent Cool əsas cihazı – 6 filtrli nasoslu sistem.
  • 3.2G metal su çəni – ofislər üçün daha böyük həcm.
  • Mətbəx kranı və bağlantı şlanqları.
  • Quraşdırma üçün fitinqlər və aksesuarlar.
  • Pasport və istifadə təlimatı.
Zəmanət & servis

2 il zəmanət və servis dəstəyi

  • 2 il rəsmi zəmanət – nasos və əsas hissələr üçün.
  • Filtr dəstləri və ehtiyat hissələri ilə təminat.
  • WhatsApp üzərindən servis sifarişi və texniki dəstək.

Ravent Cool – ev və ofis üçün güclü performanslı, nasoslu su təmizləmə sistemi.

Scroll to Top